Belçika millisində şok itki: Avro-2024-də oynamayacaq

Belçika millisində şok itki: Avro-2024-də oynamayacaq

Belçika millisinin futbolçusu Torqan Azar 2024-cü ildə meydana çıxa bilməyəcək.

Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin zədələnməsidir.

Ölkəsində “Anderlext” klubunun formasını geyinən Azarın “Union”la görüşdə (2:1) sağ diz ön çarpaz bağı cırılıb. Tibbi müayinənin ardından onun 2024-cü ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Qeyd edək ki, Torqan Azar bu mövsüm 25 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Anderlext”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

"Cebhe.info"