Azərbaycan neftinin qiyməti 93 dolları ötüb

Azərbaycan neftinin qiyməti 93 dolları ötüb

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları bahalaşıb.

"Cebhe.info" xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,09 % bahalaşraq 93,06 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

"Cebhe.info"