Məşhur tablonun sirri açıldı

Məşhur tablonun sirri açıldı

Süni intellekt Rafaelin məşhur tablosundakı Müqəddəs İosifin üzünün rəssamın özü tərəfindən çəkilmədiyini müəyyən edib.

"Cebhe.info" xəbər verir ki, söhbət onun “Madonna və qızılgül” əsərindən gedir, deyə Hightech xəbər verir.

Alimlər uzun müddətdir ki, rəsmin orijinal olub-olmaması ilə bağlı mübahisə edirdilər. Süni intellekt alqoritminə əsaslanan yeni analiz üsulu bəzi vuruşların başqası tərəfindən edildiyi fərziyyəsini təsdiqləyib.

Tədqiqatçılar rəssamın üslubunu tanımaq üçün neyron şəbəkəsini öyrədiblər - vuruşlar, rəng palitrası seçimi, kölgə texnikası və s. Daha sonra onlardan müəyyən bir rəsm əsərini təhlil etmələri istənilib.

Neyroşəbəkə müəyyən edib ki, Madonna, Uşaq və Müqəddəs İohan Rafaelin fırçası ilə yaradılıb, lakin bu, Müqəddəs İosifə aid deyil. Ola bilsin ki, bunu tələbələrdən biri - Giulio Romano yazıb.

Xəzər

"Cebhe.info"