AZAL kollektivi Fəxri xiyabanda - FOTOLAR

Bu gün Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.
"Cebheinfo.az" xəbər verir ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Həmçinin Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.
"Cebheinfo.az"