Bu arayışları elektron qaydada almaq mümkün olacaq ‐ YENİLİK

Bu arayışları elektron qaydada almaq mümkün olacaq ‐ YENİLİK

Bakıda  “Elektron tibbi arayış” xidmətinin təqdimatı keçirilir. 

"Cebhe.info" xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edirlər. 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, mayın 1-dən sağlamlıq haqqında arayış və sürücülük vəsiqəsi almaq üçün lazım olan arayışları elektron formada əldə etmək mümkün olacaq. 14 tibb müəssisəsində bunun üçün lazımi struktur yaradılıb:

"İlk növbədə əhalinin ən çox tələbatı olan arayışları elektronlaşdırdıq".

Tədbitdə bildirilib ki, Elm və Təhsil Nazirliyi ilə birgə aparılan iş nəticəsində abituriyentlər üçün sağlamlıq haqqında arayış da elektronlaşdırılır və alt sistemə köçürüləcək.

Elnarə Kərimova
"Cebhe.info"