Veteran direktor nədən ölüb?- Ailədən açıqlama

Veteran direktor nədən ölüb?- Ailədən açıqlama

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

Ölümün səbəbi ilə əlaqədar Eldost Azayevin xalası Aidə İbrahimova Cebhe.info-ya açıqlamasında bildirib ki, bacısı oğlu ürək tutmasından 44 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. 

Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ləman İsmayıl
Cebhe.info