Vətən Müharibəsinin xronikası - Düşmənin məhv edilən zabitləri 

Vətən Müharibəsinin xronikası - Düşmənin məhv edilən zabitləri 

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlamasının üç ili tamam olur.

üç il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib.

44 gün sürən Vətən Müharibəsində düşmən xeyli sayda həm texnika, həm də canlı qüvvəsini itirib.

Ermənistan tərəfi rəsmi olaraq itkilərinin sayının 4 minə yaxın olduğunu açıqlasa da, real rəqəmlər daha çoxdur. Onlar sırasında yüksək rütbəli zabitlər də var.

Cebhe.info 44 günlük savaşda düşmənin məhv edilən zabitlərinin siyahısını təqdim edir:

*Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyanı məhv edib. Polkovnikin adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı siyahıda qeyd olunub.

*Sentyabrın 28-də Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan öldürülüb, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

*Sentyabrın 29-da Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi, polkovnik Karen Babayan məhv edilib.

*Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin generalı Arshavir Gharamyan ordumuz tərəfindən məhv edilib.

*Oktyabrın 6-da Ordumuz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə erməni mayor Slavik Nikolay Avetisyanı öldürülüb. Məlumata görə, mayor S.N.Avetisyan öncə yaralanıb, daha sonra xidmətdən yayınmaq üçün xəstəxanadan qaçıbmış.

*Oktyabrın 8-dəki hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

*Oktyabrın 8-də ermənilərin daha bir yüksək rütbəli zabiti Ovik Yuri Ağacanyan öldürülüb. Ovik Yuri Ağacanyan separatçı rejimin Dövlət Təcili Yardım Xidmətinin yanğın-xilasetmə bölümün 3-cü qvardiyasının üzvü olub.

*Oktyabrın 11-də Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da yer alıb.

*Oktyabrın 12-də canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da olub.

*Ermənistanın məhv edilən hərbçilərinin sırasında düşmən ölkədə “qəhrəman” kimi tanınan “Zver” ləqəbli polkovnik Karen Çarukyan da olub. Ermənistan Müdafiə Nazirliyi bu barədə 13 oktyabrda məlumat yayıb.

*Həmin gün açıqlanan məhv edilənlərin siyahısında həmçinin Ermənistan silahlı qüvvələrinin mayoru, snayper Qrayr Xaçatryanın da adı var. Sosial şəbəkələrdə onun fotoları da yayılıb.

*İşğalçı erməni ordusunun baş leytenantı Mihran Avdalyan ordumuz tərəfindən məhv edilib. Məlumata görə, M. Avdalyan məhv edildikdən bir gün öncə xüsusi medalla təltif edilibmiş.

*Oktyabrın 14-də General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş 44 yaşlı Ruben Sənəmyan Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi.

*Erməni Ordusunun mayoru Qrişa Tumasyan 14 oktyabr tarixində ordumuz tərəfindən məhv edilib.

*Erməni general-mayor Artak Tonoyan oktyabrın 15-də Qarabağda məhv edilib. A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin sülhməramlı qüvvələrinin briqadasına rəhbərlik edib. O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan Ordusu tərəfindən məhv edilib.

*Oktyabrın 17-də mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan öldürülüb.

*Oktyabrın 18-də Qarabağ istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusu Ermənistan ordusunun Martuni alayının komandiri polkovnik Geğam Qabrielyan məhv edib.

*Oktyabrın 18-də Ermənistan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı 45 yaşlı Vyaçeslav Vaskovski məhv edilib.

*Oktyabrın 20-də Erməni kapitan Artur Xosrov Nikoqosyan Ordumuz tərəfindən öldürülüb.

*Oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin polkovnikləri Aşot Kazaryan və Geqam Qabrielyan məhv edilib. Aşot Kazaryan “N” saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə “N” saylı hərbi hissənin qərargah rəisinin müavini olub.

*Oktyabrın 21-də hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan məhv edilib.

*Oktyabrın 22-də düşmənin 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki olub. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib.

*Oktyabrın 23-də Ermənistan ordusunun xüsusi taborunun komandiri Tatul Hakobyan Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. Məhv edilmiş işğalçı komandir Suriyada hərbi təlim keçmişdi. O, Aprel döyüşlərinin və Tovuz yaxınlığındakı döyüşlərin iştirakçısı olub.

*Oktyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsini məhv edilb. Ölənlər arasında diviziyanın qərargah rəisi, polkovnik Sergey Şakaryan da var.

*Oktyabrın 29-da görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Kazaryan məhv edilib.

*Eyni gündə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

*Oktyabrın 30-da Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.
*Noyabrın 2-də separatçı "müdafiə nazirinin müavini" Artur Sarkisyan Azərbaycan Ordusu tərəfindən məhv edilib. Artur Sarkisyan bu vəzifəyə 4 iyul 2020-ci ildə "təyinat almışdı".

*Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində alayın komandiri polkovnik Qor İşxanyan da öldürülüb.

*Elə həmin gün bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri polkovnik-leytenant Nelson Akopcanyan məhv edilib.

Naibə
Cebhe.info