38 yaşında 4-cü dəfə ana oldu - FOTO

Məşhur Hollivud aktrisası Meqan Foks dördüncü dəfə ana olub.
Modern.az xəbər verir ki, 38 yaşlı Foks və nişanlısı, tanınmış reper Maşin Qan Kellinin ilk övladları – qızları dünyaya gəlib.
Reper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, qızının kiçik əlini tutaraq çəkdiyi qara-ağ videonu paylaşıb.
Qeyd edək ki, aktrisa və reperin münasibəti uzun müddətdir enişli-yoxuşlu olub. 2022-ci ilin yanvarında nişanlanan cütlük 2024-cü ilin noyabrında ayrılıq xəbərləri ilə gündəmə gəlib.
Xatırladaq ki, Meqan Foksun əvvəlki evliliyindən üç oğlu – 12, 10 və 8 yaşlarında övladları var. Maşin Qan Kelli isə əvvəlki münasibətindən 15 yaşında bir qızı var.
"Cebheinfo.az"