Çin ordusu Tayvan yaxınlığında təlimlərə başlayıb

Çin ordusu Tayvan yaxınlığında təlimlərə başlayıb

Çin silahlı qüvvələri Tayvan adası ətrafında hərbi təlimlərə başlayıb.

Bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi döyüş komandanlığının rəsmi nümayəndəsi Şi Yi "WeChat" sosial şəbəkəsində bildirib.

Təlimlərdə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin iştirak etməsi dəqiqləşdirilir.

"Bu, ciddi xəbərdarlıqdır və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün güclü bir maneədir", - Şi Yi deyib.

"Cebheinfo.az"