Bakıda mağazanın tualetində meyit tapıldı

Bakıda mağazanın tualetində meyit tapıldı

Bakıda mağazanın tualetində meyit tapılıb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən mağazanın sanitar qovşağında qeydə alınıb.

Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Nurməmməd Məmməd oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mağazanın sanitar qovşağında aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az"