8 Martla bağlı çağırış: Güllərin qiyməti araşdırılacaq

Rusiyada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə güllərin qiymətinin süni şəkildə bahalaşmasının qarşısını almaq məqsədilə çağırış edilib.
“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Duması araşdırma tələbə ilə çıxış edib.
Deputatlar müraciət edərək, gül dükanlarının sahiblərini "gələcək il üçün kifayət qədər qazanc əldə etmək" istəməkdə günahlandırıblar.
“Bazar araşdırması göstərdi ki, bayram ərəfəsində buketlərin qiymətləri 55-80 faiz artaraq orta hesabla yeddi min rubla çatır”, - deyə Dumanın çağırışında belə deyilir.
Vilayət Muxtar
“Cebheinfo.az”