Aİ NTV, REN TV, “Rossiya 1” və “Birinci kanal”ın yayım lisenziyalarını dayandıra bilər

Aİ NTV, REN TV, “Rossiya 1” və “Birinci kanal”ın yayım lisenziyalarını dayandıra bilər

Avropa İttifaqı (Aİ) yeni sanksiyalar çərçivəsində Rusiyanın NTV/“NTV Mir”, REN TV, “Rossiya 1” və “Birinci kanal”ının yayım lisenziyalarını dayandırmaq niyyətindədir.

Bu barədə “Politico” yazıb.

Məlumata görə, yeni sanksiyalar texnologiya və müdafiə sektorlarının istifadə edə biləcəyi malları tədarük edən 169 təşkilata təsir edə bilər.

Həmçinin təyyarə mühərrikləri və onlar üçün ehtiyat hissələr də əlavə olunmaqla aviasiya və kosmik sektorlar üçün sanksiya tətbiq edilən malların siyahısını genişləndirmək, sanksiyaları noutbuklara, sərt disklərə, kameralara və linzalara da şamil etmək planlaşdırılır.

Cebhe.info