Almaniya iqtisadi böhran ərəfəsindədir

Almaniya iqtisadi böhran ərəfəsindədir

Almaniya iki rüb ardıcıl olaraq ölkənin üDM-nin azalması səbəbindən ağır böhran dövrünə qədəm qoyur.

Cebhe.info xəbər verir ki, bu barədə "Rebelion" nəşri yazıb.

Məlumata görə, Almaniya Statistika Agentliyi bildirib ki, ölkədə üDM göstəriciləri ardıcıl ikinci rübdür ki, azalır.

Xüsusilə qeyd olunub ki, bu ilin birinci rübündə 0,3%, ötən ilin dördüncü rübündə isə Almaniyada üDM-də azalma 0,5% təşkil edib ki, bu da iqtisadi böhranın yaxınlaşmasından xəbər verir.

Nəşr yazıb ki, bu vəziyyət elektrik enerjisinin qiymətlərinin kəskin artması fonunda formalaşıb.

"Enerji daşıyıcılarının qiyməti Rusiya yanacağını almaqdan imtinaya görə artıb. Alternativ təchizat mənbələrinin olmaması Almaniyanın ölkə iqtisadiyyatına və onun sakinlərinə mənfi təsir göstərən problemlərlə üzləşməsinə səbəb olub", - nəşr yazıb.

Qeyd edək ki, məqalə müəllifinin fikrincə, Avropanın “iqtisadi lokomotivi”nin böhrana düşdüyü vəziyyət davam edərsə, o zaman Avropa İttifaqı (Aİ) ağır nəticələrlə üzləşəcək.

Sevinc Tapdıqqızı
Cebhe.info