Rusiya Latviya diplomatlarını ölkədən çıxarır

Rusiya Latviya diplomatlarını ölkədən çıxarır

Latviyanın Moskvadakı səfirliyinin iki əməkdaşı “arzuolunmaz şəxs” elan edilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə Latviya 2 rusiyalı diplomatı “arzuolunmaz şəxs ” elan etmişdi.

Məlumatda bunun “təməlsiz” addım olduğu və bu səbəbdən Latviyanın Moskva səfirliyinin müvəqqəti işlər vəkili Dase Rutkanın nazirliyə çağırıldığı deyilir.

XİN-dən bildirilib ki, Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomat qarşılıqlılıq prinsipinə və “Diplomatik əlaqələr haqqında” 1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının konfransında qəbul edilmiş Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq deportasiya edilir.

Latviya tərəfinə Riqa rus diplomatlarına qarşı düşmənçilik fəaliyyətini davam etdirərsə, Moskvanın qaçılmaz ağrılı addımların atılacağı bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"