Bu ölkədə Rusiyaya dəstək aksiyası keçiriləcək

İtaliyadakı bir sıra ictimai təşkilatlar Rusiya ilə əlaqələrin dəstəklənməsi məqsədilə böyük afişalar yerləşdirməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, "Rusiya-Veneto" təşkilatının rəhbəri Palmariyo Dokkatele, aprelin 1-dən etibarən Veronada "Rusiya Avropaya hücum etmək istəmir - silahlanma yarışını dayandırın" yazısı olan afişaların görəcəklərini bildirib.
Dokkatele bu kampaniyanın əvvəlki "Rusiya - mənim düşmənim deyil" aksiyasının davamı olduğunu, məqsədinin Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı yalanları ifşa etmək olduğunu söyləyib.
O, Avropa İttifaqının, xüsusən də Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və digər rusofobların, 800 milyard avro sərf edərək Avropa vətəndaşlarının yığımlarını ələ keçirib, onları səhiyyə və pensiya fondlarından məhrum edərək silahlanma yarışına qatılmaq istədiklərini bildirib.
Qeyd edək ki, bu təşəbbüs "Verona azadlıq uğrunda" və "Azad sindikat" tərəfindən dəstəklənib.Keçən il Veronada başladılan "Rusiya - mənim düşmənim deyil" kampaniyası daha sonra bütün İtaliyada yayıldı.
Müxtəlif şəhərlərdə, Rusiya və İtaliya bayraqlarının rənglərində əl sıxan şəkilləri olan afişalar yerləşdirilib. Kampaniya vətəndaşlardan toplanan vəsaitlə maliyyələşib.
Bəzən afişalar yerli hakimiyyətlər və Ukrayna diplomatik nümayəndəliklərinin təzyiqləri ilə erkən yığılmağa çalışılıb, lakin fəallar alternativ olaraq reklam panellərini avtomobillərlə şəhər boyunca gəzdiriblər.
Səbinə Uğur
"Cebheinfo.az"