Sərnişin təyyarəsi təcili eniş etdi

İsraildən qayıdan Polşa sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Antalya hava limanına məcburi eniş edib.
"Cebheinfo.az" xəbər verir ki, Antalya hava limanı yerli administrasiyasının qubernator müavini Suat Seyitoğlu bildirib ki, nasazlıq səbəbindən təyyarə təhlükəsiz eniş edib və sərnişinlər təyyarədən çıxarılaraq gözləmə salonuna aparılıb.
Seyitoğlu təyyarədəki texniki problemlə bağlı qrupların müdaxilə etdiyini və sərnişinlərin başqa təyyarəyə köçürülməsi üçün hazırlıqların davam etdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"