Azad Vətən Partiyası Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Azad Vətən Partiyasının (AzVP) bir qrup üzvü Soyqırım Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib, "Türk şəhidliyi" abidəsi önünə, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin məzarlarına gül dəstələri qoyulub, dualar oxunub.
"Cebheinfo.az" xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı Qarabağ qazisi Firidun Məmmədov, şəhid atası, Qarabağ qazisi Hacı Əkbər Rüstəmov mərasim iştirakçıları qarşısında çıxış edib.
Azərbaycan millətinə qarşı ermənilərin törətdikləri soyqırım cinayətlərindən danışılıb və qeyd ediblər ki, bu cinayətləri unutmamalı və heç vaxt düşmənə bağışlamamalıyıq.
"Cebheinfo.az"