Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Çasov Yar, Dzerjinsk və Krasnoarmeysk istiqamətlərində əks-hücum əməliyyatı keçirir.
"Cebheinfo.az" xarici mətbuata istinadən xəbər verir ki, “Donetsk Xalq Respublikası”nın (“DXR”) rəhbəri vəzifəsini icra edən Denis Puşilin bu barədə teleqram kanalında məlumat yayıb.
Qeyd edək ki, dünən Ukrayna aviasiyasının Donetsk vilayətinin 3 müxtəlif yaşayış məntəqəsindəki istehkam qurğularını, anbarları və s. hərbi hədəfləri vurması barədə məlumat yayılmışdı.
"Cebheinfo.az"