Bu ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Macarıstan Milli Assambleyası hakim Fides (Macar Vətəndaş Birliyi) və Xristian Demokrat Xalq Partiyasının (KDNP) deputatları tərəfindən Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq üçün səs verib.
"Cebheinfo.az" xəbər verir ki, KDNP Prezidenti və Baş nazirin müavini Zsolt Semjen tərəfindən təqdim edilən BCM-dən çıxmaq təklifi 137 lehinə, 37 əleyhinə və 7 bitərəf olmaqla qəbul edilib.
Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Sijerto, İsrail Baş naziri Binyamin Netanyahunun həbs qərarı ilə BCM-nin siyasi motivli bir quruluşa çevrildiyini iddia edərək, "Biz macarlar siyasi məqsədlərə xidmət edən bir məhkəmə sisteminin bir parçası olmaq istəmirik" deyib.
Nigar Hacılı
"Cebheinfo.az"