Hərbi xidmətdən yayınanları bu cəza gözləyir - RƏSMİ

Hərbi xidmətdən yayınanları bu cəza gözləyir - RƏSMİ

Parlamentin Dövlət və Hüquq Məsələləri Komitəsi Ermənistan Cinayət Məcəlləsinə hərbi xidmətdən yayınmağa və təlim düşərgələrində iştiraka görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini təsdiqləyib.

“Cebheinfo.az”-ın məlumatına görə, layihəni parlament komissiyasına Ermənistanın ədliyyə nazirinin müavini Gevork Köçəryan təqdim edib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdən yayınma ilə bağlı başlanan cinayət işlərinin sayının artması ilə əlaqədar hökumət cəzanı sərtləşdirmək istəyir.

O cümlədən, 2023-cü ildə 1499, 2024-cü ildə 1 779 belə hal olub. Layihəyə əsasən, hərbi xidmətdən yayınmaya görə həbs müddəti 2-5 ildən 3-6 ilədək artırılacaq. 

Əgər əvvəllər təlim-məşq toplanışından yayınmağa görə cərimə aylıq gəlirin 20 mislini təşkil edirdisə, indi bu məbləğ aylıq gəlirin 15 mislindən 30 mislinədək dəyişəcək və 2 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası 1 ildən 3 ilədək cəza ilə əvəz olunacaq.

Həmçinin, bu cinayətlərin ağırlıq dərəcəsi artırılacaq: hərbi xidmətdən yayınmaya görə - orta dərəcədən ağır dərəcəyə, hərbi xidmətdən yayınmaya görə isə - yüngül cinayətdən orta ağırlığa qaldırılacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”