Bu şəxslərə məcburi psixoloji müayinə TƏLƏBİ

Bu şəxslərə məcburi psixoloji müayinə TƏLƏBİ

Rusiya parlamentinin (Dövlət Duması) Yeni Xalq Fraksiyasının deputatı Georgi Arapov heyvanlara zorakılıq etdiyindən şübhə duyulan şəxslərin məcburi məhkəmə-psixiatriya müayinəsinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. 

“Cebheinfo.az” xəbər verir ki, sənəd Dövlət Dumasının elektron məlumat bazasında dərc olunub. Sənəddə Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edilir. Bu məlumatlara əsasən, 2024-cü ildə Rusiyada heyvanlara qarşı zorakılıqla bağlı 656 cinayət hadisəsi qeydə alınıb. 

Hazırda bu cür əməllərə görə verilən cəzalar əsasən cərimə və ya məcburi əməklə məhdudlaşır, müalicəyə isə çox nadir hallarda qərar verilir. 

“Kommersant” nəşrinin məlumatına görə, Rusiya məhkəmələri yalnız açıq-aşkar psixi pozğunluqlar aşkar edildikdə, belə müayinəyə qərar verir. Arapovun fikrincə, heyvanlara qarşı zorakılıq gələcəkdə insanlara qarşı törədilə biləcək zorakılığın xəbərçisi ola bilər. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”