Vardanyan Azərbaycanla bağlı şərhdən İMTİNA ETDİ

Vardanyan Azərbaycanla bağlı şərhdən İMTİNA ETDİ

Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan sədri Vladimir Vardanyan jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılması tələbi ilə bağlı məlumatın şərhindən imtina edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Vardanyan jurnalistlərdən rəsmi mənbələri təqdim etməyi xahiş edib:

“O zaman nəyisə şərh etmək mümkün olacaq. Bilin ki, biz daha çox qeybətə oxşayan suallara cavab vermirik. Ona görə də mən cavab verməyəcəm”, - deputat belə deyib.

Vardanyanın sözlərinə görə, bu gün Ermənistanın gerbi haqqında ən çox danışan jurnalistlərin özləridir.“Konstitusiyada göstərilən istənilən müddəanın sahibi Ermənistan Respublikasının əhalisidir. Konstitusiyaya hansı dəyişikliklərin edilə biləcəyini və edilməsi lazım olanı məhz o həll edir”, - deyə Vardanyan əlavə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Tiranada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra Ermənistan mətbuatında Bakının yeni tələbləri ilə bağlı məlumatlar yayılıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”