Azərbaycandan şəkər ixracı 40%-ə yaxın artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 13 min 667.6 ton şəkər ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.6% çoxdur.
"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 4 ayında ixrac olunan şəkərin dəyəri 9 milyon 292.6 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25.7% çoxdur.
Cari ilin yanvar-aprel aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,11%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.87%-ə bərabər olub.
Qeyd edək ki, ölkədən ixrac edilən şəkərin 1 tonunun orta qiyməti 1115.8 manat təşkil edib.
"Cebheinfo.az"