Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTOLAR

Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTOLAR

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TBMM sədri görüşdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və parlament diplomatiyasının bütün sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandıqlarını vurğulayıb.

Numan Kurtulmuş, həmçinin parlamentlərarası əməkdaşlıq mexanizmlərinin inkişafına xüsusi önəm verdiklərini də qeyd edib.

"Cebheinfo.az"