“Bayden özü heç nəyə imza atmayıb”

“Bayden özü heç nəyə imza atmayıb”

“ABŞ-nin keçmiş prezidenti Co Bayden vəzifədə olarkən özü rəsmi sənədləri imzalamayıb”. 

Bunu hazırkı dövlət başçısı Donald Tramp deyib.

“Mən bildim ki, o deyil (Bayden). Avtomatik imzaya kim nəzarət edirdi? Bu çox ciddi sualdır. Heç nəyə imza atmayan prezidentimiz var idi. O, demək olar ki, hər şey üçün avtomatik imzadan istifadə edirdi”, - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, Baydenin prezidentliyi dövründə real hakimiyyəti prezidentin avtoimzasına çıxışı olan “radikal sol dəlilər” həyata keçirib.

"Cebheinfo.az"