Bakıda silah-sursat aşkarlandı

Bakıda silah-sursat aşkarlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb. Araşdırmalar aparılır.
"Cebheinfo.az"