Dağıntılar altından daha bir qadın sağ çıxarıldı

Myanmada baş verən 7,7 bal gücündə zəlzələdən sonra Mandalayda uçan oteldə çalışan qruplar 60 saat sonra dağıntılar altından bir qadını sağ çıxarıb.
"Cebheinfo.az" xəbər verir ki, ötən cümə Myanmada baş verən zəlzələdə 2056 nəfərin öldüyü, 3900 nəfərin yaralandığı və 300-ə yaxın insanın itkin düşdüyü bildirilir.
Xatırladaq ki, Myanma hökuməti 31 mart - 6 aprel tarixləri arasında milli matəm elan edildiyini və zəlzələdə həyatını itirənlərin xatirəsinə ölkə daxilində bayraqların yarıya endiriləcəyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"