CHP sədri: "Nəticələri zəfər olaraq görmürük"

CHP sədri: "Nəticələri zəfər olaraq görmürük"

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl növbəti dəfə 31 martda keçirilən bələdiyyə seçkilərindən danışıb.

"Cebhe.info" xəbər verir ki, siyasətçi seçkilərdə qazandıqları qələbə barədə fikirlər səsləndirib.

O, nəticələri zəfər olaraq görmədiklərini deyib:

"Biz bunu zəfər olaraq görmürük. Bu, önəmli bir uğurdur, amma zəfər deyil, vəzifədir. Növbəti seçkilərdə iqtidara gələndə vəzifəmiz zəfərə çevriləcək. Biz tarixin axarını dəyişmə fürsəti əldə etdik. Cümhuriyyətin ikinci əsrində Cümhuriyyətin tarixini yenidən yazmaq fürsətimiz var".

Elmir Mustafa
"Cebhe.info"