Çində Amerika kollecinin 4 müəllimi bıçaqlanıb

ABŞ-ın Kornel Kollecinin (Ayova ştatı) 4 müəllimi Çinin Jilin əyalətindəki parkda bıçaqlanıb.
"Cebhe.info" xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hazırda təcavüzkarın həbs edilib-edilmədiyini isə məlum deyil.
Çin səlahiyyətliləri məsələ ilə bağlı hələ bir açıqlama verməsə də, hadisə ilə bağlı sosial media yazıları senzuraya məruz qalıb.
Kornell Universitetinin dekanı Conatan Brand hücumu təsdiqləyib.
Brend bildirib ki, müəllimlər Kornell Kolleci ilə Beyhua Universiteti arasında əməkdaşlıq proqramı çərçivəsində Çinə gediblər.
Nəşr qeyd edib ki, Dövlət Departamenti insidentdən xəbərdardır və vəziyyəti izləyir.
Nigar Hacılı
"Cebhe.info"