Çində insana donuz qaraciyəri köçürüldü

Çində insana donuz qaraciyəri köçürüldü

Çində ilk dəfə olaraq bir donuzun qaraciyəri insana köçürülüb.

“Cebheinfo.az” xəbər verir ki, mütəxəssislər orqan rəddi riskini azaltmaq üçün genetik olaraq modifikasiya edilmiş, yeddi aylıq Bama adlı donuz balasının qaraciyərindən istifadə ediblər.

Qaraciyər çıxarıldıqdan sonra xüsusi tibbi məhlul vasitəsilə "canlı" saxlanılıb və 0-4 dərəcə temperaturda soyudulub. Cərrahi prosedur ümumilikdə doqquz saat davam edib.

Bildirilib ki, xəstə 50 yaşında, kliniki olaraq ölmüş bir şəxs olub və ailəsinin razılığı əsasında əməliyyatın icra edilib. 

Əməliyyatdan sonra ilk 10 gün ərzində donor qaraciyəri uğurla daşıyıb və stabil qan axını təmin edib.

Lakin bu təcrübə xəstənin ailəsinin istəyinə əsasən 10-cu günün sonunda dayandırılıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”