Almaniya Prezidenti Azərbaycana gəlir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer sabah Azərbaycana gəlir.
Modern.az-ın məlumatına görə, o, hazırda Ermənistanda səfərdədir.
Ştaynmayer xanımı Elke Büdenbender ilə birlikdə İrəvana gedib, ardınca ölkəmizə səfər edəcək.
Almaniya Prezidentinin regiona ilk səfəri aprelin 2-dək davam edəcək.
Ştaynmayer İrəvanda Ermənistan Prezidenti Vahaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
O, həmçinin “TUMO” İT tədris mərkəzinə baş çəkəcək və mədəni qəbulda iştirak edəcək.
Prezident Ermənistanda ikinci günündə Dilicana səfər edəcək, həmçinin Göyçə gölünə baş çəkəcək.
P, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq.
O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edəcək.
"Cebheinfo.az"