Abşeronda dəhşət: Yeniyetmə oğlan anasını öldürdü

Abşeronda dəhşət: Yeniyetmə oğlan anasını öldürdü

Abşeronda dəhşətli cinayət törədilib.

"Cebheinfo.az"ın lent.az-a istinadən əldə etdiyi xəbərə görə, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az"