KİV: Türkiyə Suriyadakı vəziyyəti diqqətlə izləyir

KİV: Türkiyə Suriyadakı vəziyyəti diqqətlə izləyir

Türkiyə Suriyanı terrorizmdən təmizləmək üçün vəziyyəti diqqətlə izləməyə davam edir.

"Cebheinfo.az" "Turkiye" qəzetinə istinadən  xəbər verir ki, Ankara YPG/SDG terror təşkilatının müvəqqəti administrasiya ilə əldə etdiyi razılaşmanın həyata keçirilməsi üçün atılan addımları yaxından izləyir və bu prosesin mümkün qədər tez tamamlanmasına xüsusi önəm verir.

Xatırladaq ki, Türkiyə, YPG-nin əlində əsas alətə çevrilmiş İŞİD-lə mübarizəni gücləndirib. 9 martda Suriya və Türkiyə də daxil olmaqla, bir sıra ölkələr arasında əldə edilən razılaşmaya əsasən, "İŞİD-lə Mübarizə üzrə Birgə Əməliyyat Mərkəzi"nin yaradılmasına qərar verilib.

Mərkəzin fəaliyyət qaydalarının yaxın günlərdə müəyyən ediləcəyi bildirilib.

Səbinə Uğur
"Cebheinfo.az"