Donetskdə daha bir yaşayış məntəqəsi ələ keçirildi

Donetskdə daha bir yaşayış məntəqəsi ələ keçirildi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Ostrovski yaşayış məntəqəsini ələ keçirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Ostrovski yaşayış məntəqəsini nəzarətə götürüb.

Həsən Məmmədov 
"Cebheinfo.az"