Ermənistanda hökumət binası qarşısında ara qarışdı

Ermənistanda hökumət binası qarşısında vəziyyət gərginləşib.
Cebhe.info xəbər verir ki, vətəndaşlarla polis arasında əlbəyaxa dava düşüb. İnsanlar polisə şüşə atmağa başlayıb.
Aksiyaçılar “Nikol xaindir”,-deyə qışqırırlar.
Ermənistan polisi ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin qarşısına toplaşan etirazçılara qarşı xüsusi vasitələrdən, o cümlədən səs qumbaralardan istifadə etməyə başlayıb.
Xəzər
Cebhe.info