Hicablı qadınlar Fransada futbol oynaya bilməyəcək

Hicablı qadınlar Fransada futbol oynaya bilməyəcək

Avropanın ən çox müsəlman əhalisi olan ölkəsi Fransada İslam dininə qarşı təzyiqlər artır.

Cebhe.info xəbər verir ki, Avropanın ən çox müsəlman əhalisinə sahib ölkəsi olan Fransada hökumətin İslam dininə qarşı təzyiqləri günü-gündən artır, Paris rəhbərliyi isə ölkə daxilində hicab qadağasına hazırlaşır.

2004-cü ildə qüvvəyə minən “İctimai yerlərdə dini, siyasi və fəlsəfi simvolları ehtiva edən amillər və geyimlərin geyinilməsini qadağan edən” Qanun 2016-cı ildə Fransa Futbol Federasiyası (FFF) tərəfindən də tətbiq olunmağa başlanıb.

Əksəriyyəti müsəlmanlardan ibarət olan və hicablı qadın futbol komandası “Hicabeuses”, sözügedən tənzimləmə əleyhinə qərarverici orqana müraciət edib. Lakin həmin orqan bu müraciəti rədd edib və hicab qadağasının ictimai həyatın bütün sahələrinə yayılmasına tam səlahiyyət verən qərar verib.

Bu qalmaqallı qərarı “Hicabın “dünyəvilik” prinsipinə zidd olduğu, ictimai asayişi pozduğu əsas gətirilərək açıqlanıb.

Mütəxəssislər sözügedən qanunun siyasi məqsədlə qəbul edildiyini və bu qərarın hüquqi baxımdan qəbuledilməz olduğunu bildirərək, qanunverici orqanın “hökumətə uyğun davrandığına” görə tənqid ediblər.

“Hicabeuses”də çalışan müsəlman futbolçular qadağa tətbiq olunarsa, yarışlara hicabsız gedə bilməyəcəkləri üçün karyeralarını bitirəcəklərini bildiriblər.

Qadın futbolçuların “dövlət vəzifəsində” olmadığını və qanuna tabe olmadıqlarına görə məhkum edilmədiyini qeyd edən ekspertlər, “Qanun “qərəzsizlik” prinsipi əsasında qəbul edilib və dövlətdə çalışanları əhatə etməlidir. Bununla belə, Dövlət Şurası qanunu dəyişərək, mülki vətəndaşları da əhatə edə biləcək bir görünüş uydurdu”.

“Futbol matçlarında qarşıdurmaların qarşısını almaq üçün ayrı-seçkilik geyimlərini qadağan etmək” məqsədi ilə qəbul edilən müsəlman qadınları hədəf alan irqçi qanun presedent yarada bilər.

İcra orqanlarının “münaqişənin qarşısını almaq” adı altında gündəlik həyatın bütün sahələrində hicabdan istifadəni qadağan edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Çünki bundan əvvəl hüquqi məhdudiyyətlərlə özəl sektorda hicabdan istifadəni qadağan edə bilməyən müəssisələrin irqçi qanundan istifadə edərək hicablı işçilərini işdən çıxara bildiyi bildirilir.

Hətta belə hesab edilir ki, təhlükəsizlik qüvvələri müsəlman bir qadına küçədə həmin qanuna əsasən hicablı olmasına müdaxilə edə bilər.

Qərb BMT-də Quranı yandırma hərəkətlərini qınamadı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının Qurana hücumlarla bağlı fövqəladə xüsusi iclasında Qərb Qurana hücumları pisləməkdən imtina edib.

Cenevrədə İnsan Hüquqları Şurasının 53-cü növbədənkənar sessiyası davam edərkən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) çağırışı ilə fövqəladə xüsusi sessiya keçirilib.

Bu günlərdə İKT-nin Qurana hörmətsizlik və hücumlarla bağlı qətnamə layihəsi 47 üzvdən ibarət Şurada müzakirə olunub.
Aİ adından danışan Belçika Quran yandırma hərəkətlərini pisləmək üçün səsverməyə çağırsa da, bəzi Avropa İttifaqına (Aİ) üzv ölkələr, həmçinin ABŞ və Böyük Britaniya bu hərəkətləri pisləməkdən imtina edib.

Nigar
Cebhe.info