Hindistanın hava limanları bu tarixədək bağlı qalacaq

Hindistan hökumətinin Pakistanla davam edən gərginliyə görə ölkədəki 24 hava limanının bağlanmasını mayın 15-dək uzaddığı bildirilir.
"Cebheinfo.az" “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, ölkənin Mülki Aviasiya Nazirliyi Pakistanla bağlı davam edən hadisələr fonunda yeni qərarlar qəbul edib.
Nazirlik mayın 10-dək bağlı qalması planlaşdırılan 24 hava limanının yeni qərarlara uyğun olaraq mayın 15-nə kimi fəaliyyət göstərməyəcəyini açıqlayıb.
Qərar Çandigarh, Srinagar, Amritsar, Ludhiana, Bhuntar, Kişangarh, Patiala, Şimla, Jaisalmer, Pathankot, Cammu, Bikaner, Leh və Porbander kimi şəhərlərdəki 24 hava limanını əhatə edir.
Nigar Hacılı
"Cebheinfo.az"