İran və İsrail səfirlərindən qarşılıqlı ittihamlar

İran və İsrail səfirlərindən qarşılıqlı ittihamlar

İran və İsrail səfirləri BMT iclasında bir-birilərini ittiham ediblər.

“Cebhe.info” xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki daimi nümayindəsi Əmir Səid İrəvani BMT-nin Təhlükəsizlik Şurasının iclasında çıxış zamanı ölkəsinin təşkilata göndərdiyi məktuba toxunub.

“İsrail İranın diplomatik binasına hücum edərək beynəlxalq qanunları pozub. İsrailin bu addımı İrana legitim hüquqdan istifadə etməkdən başqa yol qoymayıb. Raket və dron hücumları isə cavab əməliyyatının sonu olub”.

İrəvani ABŞ, Fransa və Britaniyanı Qəzza müharibəsində İsrailə dəstək verməsini tənqid edərək, mövcud vəziyyətə görə Ağ Ev və müttəfiqlərini günahlandırıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan isə bildirib ki, “ayətullah rejimi” dünya sülhü üçün təhlükədir:

“İran BMT-nin bütün qurumlarından çıxarılmalıdır. İran hökuməti qatil və terrorçudur. 

Bu gün İranın maskası düşüb. Tehran da özünü bölgədə qeyri-sabitlik amili kimi göstərib”.

Yunis Abdullayev 
“Cebhe.info”