İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı

İsrail Müdafiə Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında yerləşən hədəfə zərbələr endirib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın yaydığı birgə bəyanatda bildirilib.
“Bu, Suriya rejiminə açıq mesajdır. Biz Dəməşqin cənubuna qoşun yerləşdirilməsinə imkan verməyəcəyik”, - məlumatda deyilir.
"Cebheinfo.az"