Tramp bu departamentlər üçün büdcəni azaltmaq istəyir

Tramp bu departamentlər üçün büdcəni azaltmaq istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamenti və USAİD də daxil olmaqla bir sıra departamentlər üçün büdcənin azaldılmasını təklif edir.

Bu barədə Ağ Evin saytında məlumat verilib.

Qeyd edilir ki, Dövlət Departamenti və USAİD-ə 2,5 milyard dollar az ödəmək,  ABŞ Təhsil Nazirliyinin büdcəsinin isə daha 4 milyard dollar azaldılması təklif olunur.

Tramp həmçinin, ABŞ kibertəhlükəsizlik agentliyinin büdcəsini 491 milyon dollar azaltmağı təklif edir. Eyni zamanda, prezident qeyri-qanuni mühacirlərin deportasiyası üçün əlavə 44 milyard dollar ayırmaq istəyir.

Qeyd edək ki, Amerika prezidenti ABŞ iqtisadiyyatının keçid dövründə olduğunu bildirib. O, ABŞ Federal Ehtiyat Sistemini faiz dərəcələrini azaltmağa çağırıb.

"Cebheinfo.az"