Xorvatiya parlamentinin sədri Azərbaycana gələcək

Xorvatiya parlamentinin sədri Azərbaycana gələcək

Xorvatiya parlamentinin sədri Qordan Jandrokoviçin bu ilin payız aylarında Azərbaycana səfər edəcəyi gözlənilir.

Bunu “Report”a açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bildirib.

Bundan əvvəl Xorvatiyanın xarici işlər naziri Qordan Grliç Radmanın da ölkəmizə səfərinin gözlənildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ay iki ölkə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.

Bu il Azərbaycan və Xorvatiyanın diplomatik münasibətlərin qurulmasından 30 il keçir.

"Cebheinfo.az"