Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.

Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

"Cebheinfo.az"