“Sabah” final seriyasına qələbə ilə başladı

“Sabah” final seriyasına qələbə ilə başladı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) “Sabah”-“Neftçi” final super seriyasının ilk oyunu baş tutub. 

"Cebheinfo.az" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüşə fəal başlayan “Sabahh” basketbolçuları final seriyasının ilk oyununda, “Neftçi” üzərində 94-89 hesablı qələbəyə seviniblər və final seriyasında ümumi hesabı 1-0 ediblər. 

Qeyd edək ki, final seriyasının ikinci oyunu 4 mayda oynanılacaq. Super seriyada ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasında (ABL) 2024/25-ci illər mövsümünün çempionu olacaq.

"Cebheinfo.az"