Ağstafada iki yük maşını toqquşub: Xəsarət alan var - FOTOLAR

Ağstafada iki yük maşını toqquşub: Xəsarət alan var - FOTOLAR

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı yük maşını "İsizu" markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb

Hadisə nəticəsində, "İsizu"nun sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"