Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı

Vətən Müharibəsi Qəhrəmanının rütbəsi artırıldı

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun rütbəsi vaxtından əvvəl artırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Hərbi xidmətdə fərqlənən İlqar Orucova polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, Orucov Vətən Müharibəsində şücaət göstərən hərbçilərimizdən olub. O, mübaribədən sonra orden və medallar, o cümlədən “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Azərbaycan Bayrağı” ordeni və bir neçə rayonun işğaldan azad olunmasına görə medalları ilə təltif edilib. Hazırda da xidmətini davam etdirir.

"Cebheinfo.az"