Aqşin hər iki Zauru tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO

"Övladlarım zaurların verilişində olub. Onların özlərinə də dedim ki, uşaqlarımı bir də sizin verilişinizə çıxartmayacağam".
"Cebheinfo.az" bizim.media-ya istinadən xəbər verir ki, bunu Aqşin Fateh Zaur Kamal və Zaur Nəbioğlu ilə bağlı deyib.
Meyxanaçı əlavə edib: "Çünki bəzi sərhədlər var, pozulur, uşağa uşaq sualları ver. Sən evin içindən, evdəki kimləsə bağlı, ya da evdə nə söhbətin getdiyini niyə soruşursan? Bu, kişiyə yaraşan suallar deyil!
Ona görə 6 aydır efirlərə çıxmıram. Aparıcılar hədlərini aşıblar, evin içinə, şəxsi həyata müdaxilə etməyə çalışırlar. Xətirlərini çox istəyirəm, amma özlərinə demişəm ki, kimsə şəxsimlə, özəlimlə bağlı sual verərsə, ona ağır sözlər deyərəm. Sənətimdən, mahnılarımdan danışın".
"Cebheinfo.az"