Trampdan amerikalılara xəbərdarlıq: Qatilləri...

Trampdan amerikalılara xəbərdarlıq: Qatilləri...

“ABŞ federal məhkəmələrinin miqrantları deportasiya etməyə kömək etməməsi ABŞ-nin qurucularının ideyalarına ziddir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ağ Evin sahibi Donald Tramp deyib.

"Necə ola bilər ki, hakimlər ABŞ-ın cinayətkarları, o cümlədən qatilləri, öz vətənlərinə, haradan gəldikləri yerə deportasiya etməyə icazə vermirlər?

Əgər belə bir şey baş verirsə, o zaman bizim tanıdığımız ölkəyə son qoyulur. Amerikalılar tamamilə başqa, cinayətlərlə dolu bir həyatla barışmalı olacaqlar. Bu, tam olaraq qurucuların nəzərdə tutduğu şey deyil!" - Tramp özünün “Truth Social” adlı sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, yanvarın 20-də hakimiyyətə gələndən sonra Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. 

O, Amerika tarixində ən böyük qeyri-qanuni miqrantların deportasiyası əməliyyatını həyata keçirmək niyyətində olduğunu bəyan edib.

Tramp, 1798-ci il tarixli Xarici Düşmənlər haqqında qanuna istinad edərək, Venesuelada yaranan beynəlxalq cinayətkar qruplaşma olan "Tren de Aragua" üzvlərini dərhal saxlanılmasını, həbs edilməsini və ABŞ-dən deportasiya edilməsini əmr edən bəyanat imzalayıb.

Səbinə Uğur
"Cebheinfo.az"