Əmtəə bazarlarında qızıl yenidən bahalaşıb

Əmtəə bazarlarında qızıl yenidən bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən artıb.

"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,65% və ya 21,1 dollar artaraq 3 243,3 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə azalaraq 0,65% və ya 0,21 dollar azalaraq 32,26 ABŞ dollarına enib.

"Cebheinfo.az"