Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 3-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti nisbətən azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 12:25-də “CoinMarketCap” platformasında 0,43% ucuzlaşaraq 96 241 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0,19% artaraq 1826 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tethet 0,1% bahalaşıb, XRP son sutkada 0.41%, BNB isə 0.16% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

"Cebheinfo.az"