Şəmkirdə qəza olub: Xəsarət alanlar var

Şəmkirdə qəza olub: Xəsarət alanlar var

Şəmkirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yol qəzası Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Adıgözəlov Elşad Sahib oğlunun idarə etdiyi "Toyota Prado" və Dəllər qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məmmədov Valeh Əhməd oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə “Toyota Prado”nun sürücüsü və sərnişini, 1988-ci il təvəllüdlü Vəliyev Tahir Rafiq oğlu xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"